SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gələn il Yaxın Şərqdə nələr baş verəcək - ekspertin proqnozları

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, İran - Rusiya - Türkiyə üçlüyünün vahid mövqe nümayiş etdirməsi Yaxın Şərqdə sabitlik yarada bilər
Sputnik

“Yaxın Şərq uğrunda gedən çəkişmələrin mərkəzi İran, Suriya və İraq əraziləridir”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində Yaxın Şərqi 2019-cu ildə gözləyən proseslər haqqında danışarkən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O bildirib ki, sırf bu ərazilər Yaxın Şərqin döyünən ürəyidir: “Bu region enerji resursları cəhətdən zəngin olmaqla yanaşı, onların daşınmasında strateji əhəmiyyət daşıyır. Burada qlobal güclərin öz maraqları var. Onlar yeni marşrutların açılmasına nail olmaq istəyir. Hazırda güclü ölkələrin zəiflədilməsi, zəiflərin isə gücləndirilməsi prosesini müşahidə edirik. Yaxın Şərq haqqında danışarkən burada Türkiyənin rolunu da qeyd etməliyik. Türkiyənin nüfuzunun artması və İran - Rusiya - Türkiyə üçlüyünün vahid mövqe nümayiş etdirməsi regionda sabitlik yarada bilər. Əgər bu baş verməsə növbəti illərdə Yaxın Şərqdə daha dramatik hadisələr gözlənilir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz