RUSİYA

Dünyanın ikinci ən böyük silah istehsalçısı məlum oldu

Rusiya 10 şirkətlə ən çox silah satan ikinci ölkə olub
Sputnik

BAKI, 10 dekabr — Sputnik. ABŞ-dan sonra Rusiya dünyanın ikinci böyük silah istehsalçısıdır. Sputnik Azərbaycan-ın fransız mediasına istinadən xəbərinə görə, bu haqda "Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnistitutu"nun (Sipri) məlumatında qeyd olunub.

Hesabatda 2011-ci ildən etibarən Rusiyanın müxtəlif ölkələrə silah satışında artım olduğu vurğulanıb. İnistitut tərəfindən silah satan ölkələr və şirkətlərin siyahısında isə Rusiyanın 10 istehsalçı şirkətinin adı açıqlanıb. Məlumata görə, 2017-ci ildə 10 şirkətin satışının ümumi məbləği 37.7 milyard dollar olub.

Qeyd edək ki, 42 şirkətlə bu siyahıya rəhbərlik edən ABŞ-ın 2016-cı illə müqayisədə satışlarının ümumi həcmində 2 faizədək artım olub. Bununla da 2017-ci ildə ABŞ-da silah satışından 226.6 milyard dollar əldə edib.