Baş nazirin qohumları da deputat seçildi

Paşinyanın qardaşı oğlu və qaynı deputat oldu
Sputnik

 

BAKI, 10 dekabr — Sputnik. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın qohumları da ötən gün parlament seçkilərində keçirilən seçkilərdə iştirak edib və deputat adını qazanıblar. Bu barədə Sputnik Azərbaycan "Lragir"-ə istinadən xəbər verir.

Məlumata əsasən Paşinyanın qardaşı oğlu Sipan Paşinyan və qaynı Qraç Akopyan Ermənistan parlamentinə seçiliblər. Belə ki, onlar müvafiq olaraq 17155 və 8920 seçicinin səsini toplayıb.

Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır. Həmçinin seçkilərin yekununa görə, "Çiçəklənən Ermənistan" və (8,27% səs) "İşıqlı Ermənistan" (6,37% səs) partiyaları parlamentə keçir.

Bu barədə bazar ertəsi Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Keçmiş hakim Ermənistan Respublika Partiyası 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. "Daşnaksutün" fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.