CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda tunc dövrünə aid tarix məhv edilir

Tədqiqatçı Türkan qəsəbəsi ərazisində "Kurqan çölü" adlanan yerin məhv edildiyini deyib
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Bakının Türkan qəsəbəsi ərazisində "Kurqan çölü" adlanan bir yer var. Bu ərazidə olan daş yollar eramızdan əvvəl II-III minilliyə aid edilir.

Qeyd edək ki, "Kurqan çölü" dövlət tərəfindən qorunan abidələr sırasında olsa da, ərazidə daş karxanaları fəaliyyət göstərir. Bunun da nəticəsində bir çox abidələr məhv olub.

Bakıda tunc dövrünə aid tarix məhv edilir

Tədqiqatçı Faiq Nəsibovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, artıq ərazidə çox az sayda qədim abidələr qalıb: "Hazırda ərazidə 3 kurqan qalıb. Əvvəllər burada onlarla kurqan vardı. Ancaq zamanla sıradan çıxdı. Kurqanlar 2003-cü ildə aşkar edilib və tunc dövrünə aiddir".

Bakıda tunc dövrünə aid tarix məhv edilir

Faiq Nəsibovun sözlərinə görə, ərazidə kurqanlardan başqa daş dövrünə aid düşərgə də var. Ən əsası isə kurqanların yanından daş yollar keçir: "Azərbaycanda bu daş yollara çox zaman "araba yolları" deyilir. Bu araba yolları haqqında A. Bakıxanov öz əsərlərində yazıb. O əsərlərdə təsvir edilən daş yollar Bilgəh, Nardaran və başqa Bakı kəndlərində mövcuddur. Daş yollar dünyada məşhur abidələrdən hesab edilir. Onların əsas məskəni Maltadır. Və bu yollar üzərində araşdırmalar aparılır".

Bakıda tunc dövrünə aid tarix məhv edilir

Tədqiqatçının fikrincə, baxmayaraq ki, bu yollara araba yolları deyilir, onlar qayaların üzərində olduğu üçün arabalar belə iz aça bilməz: "Bu ərazilərdə bəzi yerlərdə 3, bəzi yerlərdə 4 və bəzi yerlərdə 5 xətt görünür. Yəni adi araba belə yol aça bilməz. Bəzi yerlərdə araba yollarının dərinliyi yarım metrdən çoxdur. Bu yollar dənizə aparır. Maltada da bu yollar dənizə qədər uzanır. Ancaq bu günə kimi müəyyən edilməyib ki, yollar dənizin içindən niyə keçir. Lakin belə ehtimal var ki, o vaxtlar dəniz bu qədər yaxın olmadığı üçün yollar bu ərazilərdən keçib. Maltada bu daş yollara 5-7 min il tarix qoyulub. Bizdə də bu yollar tunc dövrünə aid edildiyi üçün, eramızdan 2-3 min il əvvələ aiddir".

Bakıda tunc dövrünə aid tarix məhv edilir

Nəsibov qeyd edir ki, ərazidə müəyyən işlər görüldüyü üçün daş yollar dağılıb və 100 metrə qədər ərazidə izlər qalıb: "Bu yollardan bir qismi Qız Qalasının yanından keçərək, Nargin adasına qədər uzanıb. Hazırda isə cəmi 1-2 metr ərazidə qalıb. Bu ərazilərə turistləri cəlb etmək olar. Cəmi 2-3 hektar yer ayırmaqla bu əraziləri turizm mənbəyinə çevirmək mümkündür. Eynilə bu yollardan Ermənistanda da tapılıb. Ermənistan da həmin yolları təbliğ etməyə başlayıb. Biz isə bu cür tarixi məhv edirik".

Bakıda tunc dövrünə aid tarix məhv edilir