Parisdən Trampa şillə kimi cavab verildi

Yan-İv Le Drian Trampın Fransanın daxili işlərinə qarışmamasını istəyib
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Fransanın xarici işlər naziri Yan-İv Le Drian ABŞ prezidenti Donald Trampın sosial media vasitəsilə verdiyi açıqlamaya sərt reaksiya bildirib.

Fransada həbs olunanların sayı durmadan artır

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nazir Trampın Fransanın daxili işlərinə qarışmamasını istəyib.

Tramp Fransada baş qaldıran “Sarı jiletlilər” nümayişləri ilə bağlı “Paris İqlim Müqaviləsi Fransaya yaramır. Fransada “Trampı sevirik” deyə bağırırlar. Mən də Fransanı sevirəm” sözlərini yazmışdı.

Bu, ABŞ prezidentinin Fransanın hansı addım atmalı olduğu ilə bağlı ikinci belə münasibət bildirməsi olub.

Le Drian isə “Biz Amerikanın daxili siyasətində iştirak etmirik. İstəyirik ki, Amerika da bizim işimizə qarışmasın. Bunu Donald Trampa mən deyirəm və bunu prezident Emmanuil Makron deyir: Bizim millətimizi rahat buraxın” deyib.