Britaniyada taxt oyunları: İki şahzadə savaşa başladı

Harri və Meqan Markl şahzadə Uilyama görə yeni evə köçəcəklər
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Böyük Britaniya Şahzadə Harri böyük şahzadə Uilyamı Meqan Marklla münasibətlərini pozmaqda ittiham edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Sun" nəşri öz mənbələrinə istinadən xəbər verir.

“O ailədən biri ilə evlənmək çox baha başa gəlir”

Mənbənin sözlərinə görə, bu hadisə şahzadə Uilyamın Meqan Marklla bağlı narahatlığını dilə gətirməsindən sonra baş verib.

Mənbə bildirib ki, şahzadə Harri vaxtında anası, şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hiss edir. İndi isə o həyat yoldaşını qorumaq istəyir.

"O, Meqana qarşı heç bir tənqidi qəbul etmir. O olduqca həssasdır. O, qədər həssasdır ki, olmayanda yerdə də tənqid və neqativ görür" - deyə mənbə əlavə edib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bildirilib ki, Harri və Meqan Markl şahzadə Uilyama görə yeni evə köçəcəklər.