Kürünün qiyməti iki dəfə aşağı düşdü

Bu il 675 min ton balıq tutulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur
Sputnik

BAKI, 8 dekabr — Sputnik. Rusiyada qırımızı kürünün qiyməti dekabr ayında iki dəfə ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri İlya Şestakov bildirib.

Onun sözlərinə görə, buna səbəb qızılbalıqkimilər növündən olan balıqların həcmində müşayiət olunan artım olub. Belə ki, bu il 675 min ton balıq tutulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin avqust ayında Uzaq Şərqdə balıqçılıqdı qeydə alınan rekord nəticəsində qızıl balığını bəzi növlərində pərakəndə satış qiymətinin kəskin düşməsinə səbəb olub.