İQTİSADİYYAT

Nazir 2019-cu ildə neftin qiymətini açıqladı

Rusiyada inflyasiya 3,9-4 % təşkil edəcək
Sputnik

BAKI, 8 dekabr — Sputnik. 2019-cu ildə orta illik neftin bir barelinə görə qiyməti 63 dollar olacaq. Sputnik Azərbaycan "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bəyan edib.

Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib - RƏSMİ

"Bizim gələn il üçün proqnozumuz bir barel neft üçün 63 dollardır. Mənə elə gəlir ki, bu hazırda qlobal bazarda müşahidə olunan vəziyyətə tamamilə adekvat qiymətdir" - deyə Oreşkin qeyd edib.

Nazir, həmçinin vurğulayıb ki, 2018-ci ilin yekunlarına görə Rusiyada inflyasiya 3,9 – 4% təşkil edəcək.