HADİSƏ

Sumqayıtda qadın xoşu gəlmədiyi üçün süpürgəçini bıçaqlayıb

Sumqayıtda qonşu qadınlar arasında bıçaqlaşma olub
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin 12 saylı yataqxanasında baş verib.

Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səfərova Yeganə Qulu qızı yaşadığı 12 saylı yataqxanada qapı qonşusu olan qadın tərəfindən əvvəlcə döyülüb, daha sonra isə əlindən bıçaqlanıb. Obyektlərin birində süpürgəçi işləyən zərərçəkmiş bildirib ki, hadisəyə qonşusunun ondan xoşu gəlməməsi səbəb olub.

Yaralı dərlah xəstəxaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.