SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Aksiyalar Fransanın Avropa siyasətində rolunu azaldacaq”

Politoloq Mübariz Əhmədoğlu deyir ki, bundan sonra Makron diqqətini ölkənin daxilinə yönəldəcək
Sputnik

“Əvvəlcədən bəlli idi ki, Makron Fransa kimi ölkəni idarə etməyə hazır deyil”. Bunu Sputnik Azərbaycan-a Fransada yaşanan son aksiyalar fonunda hökumətin güc tətbiqinin ölkənin demokratik imicinə təsirləri haqqında danışarkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Fransada son illər hər zaman qarışıqlıq müşahidə olunur: “Əhali qiymət artımına etiraz edir. Hesab edirəm ki, baş verən hadisələr Fransanın Avropa siyasətində rolunu azaldacaq. Makron prezident kimi dünyanın idarəsində aktiv rol oynamağa çalışır. Bundan sonra isə onun diqqəti ölkənin daxilinə yönələcək. Ümumilikdə hazırki dövrdə Avropanın iri dövlətləri üçün vəziyyət o qədər də yaxşı deyil. Fransa son baş verən hadisələrə görə geosiyasətdə imic və nüfuz itkisi ilə üzləçəcək”.

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, aksiya iştirakçıları sarı jilet geyirlər. Dekabrın 1-də küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz