Etirazçılar barrikadalar qurublar və polisə daş atıblar. Onlar isə cavabında gənclərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya hökumətin Fransanın təhsil sistemində etmək istədiyi dəyişiklilərə qarşı yönəlib.
Bazar ertəsindən bəri Fransanın müxtəlif şəhərlərində bu cür səhnələrin şahidi olmaq olar. Minlərlə gənc küçələrə çıxır və nümayişlərdə iştirak edirlər. Vəziyyət tam bir üsyana çevrilib desək, yanılmarıq.