HADİSƏ

Məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var

217 nömrəli orta məktəbin şagirdlərinin olduğu avtobus qəza törədib
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Bu gün səhər saatlarında 217 nömrəli orta məktəbin şagirdlərinin olduğu avtobus qəza törədib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza zamanı 4 nəfər yüngül xəsarət alıb.

"Onlardan ikisi azyaşlı, ikisi isə yetkinlik yaşına çatmış olub. Şagirdlərin reanimasiyada olması, avtobusun altında qalması ilə bağlı yayılan xəbərlər yanlışdır" – deyə nazirlikdən bildirilib.

Nazirliyin məlumatına görə, şagirdlərin bədəninin müxtəlif nahiyələrində əzik xəsarətləri olub: "1 saylı Respublika Kliniki Tibbi Mərkəzə gətirilən şagirdlərdə küt travmalar aşkarlanmayıb. Uşaqlarda sınıq da qeydə alınmayıb. Lakin hazırda onların vəziyyəti yaxşıdır, böyük ehtimalla, növbəti gün onlar evə buraxılacaq".