Məhkəmə Koçaryanın həbsi barədə qərar verdi

O avqustun 13-ü Apelyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs edilməsi barədə qərar qəbul edib. Bu barədə Sputnik Ermənistan-ın məhkəmə zalında olan əməkdaşı bildirib.

Sabiq prezidentin özü məhkəmə iclasına qatılmayıb.

Qeyd edək ki, iyulun 28-i Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb.

O, hüquqlarını müdafiə etdiyi keçmiş prezidentin həbsi barədə məhkəmənin qərarından şikayət veriləcəyini bildirib.

Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Lakin o avqustun 13-ü Apelyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.