RUSİYA

Kreml Lukaşenkonun fikrini təkzib etdi: Məsəli həll olunmayıb

Dmitri Peskov: "KTMT-nın baş katibi məsələsi həllini tapmayıb"
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyinatı məsələsi həll olunmayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT baş katibinin təyin olunması məsələsi ilə bağlı sualı cavablandırarkən deyib.

Biz kimə etibar edə biləcəyimizi bilməliyik – Paşinyan KTMT barədə

"Məsələ həll olunmayıb. Doğrudur, Avrasiya İqtisadi İttifaqının sammiti zamanı gündəlikdən kənar olsa da, bu məsələyə Aleksandr Qriqoryeviç Lukaşenkonun təşəbbüsü ilə toxunulub. Bu, olduqca normal praktikadır. İstənilən ölkə başçısı ehtiyac bildiyi istənilən məsələni qaldıra bilər" - deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, məsələ müzakirə olunan zaman danışıqlar masasında hamı iştirak etməyin: "İş davam etdiriləcək".

Qeyd edək ki, Belarus prezdenti Aleksandr Lukaşenko dünən Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, KTMT-nin baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilib və razılıq əldə olunub.

"Bugünkü görüşlərdə, prinsipcə, baş katibin təyinatı ilə bağlı problemi həll etdik. KTMT-nin baş katibi Belarusun nümayəndəsi olacaq. Necə ki, vaxtilə Nursultan Abişoviç (Qazaxıstan prezidenti Nursultan Nazarbayev - red.) də demişd" - Lukaşenko bildirib.

"Amma razılaşdıq ki, bu təyinat sxem və sistemə uyğun şəkildə baş tutacaq – KTMT-dəki hər bir rəhbərlə fərdi müsahibə olacaq və onlar bu qərarı imzalayacaqlar" - deyə o, əlavə edib.