BAKI, 7 dekabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp hazırda Ağ Evin rəsmi təmsilçisi olan Hizer Naureti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin etməyə qərar verib. Bu barədə Sputnik Azərbaycan"Bloomberg" nəşrinə istinadən xəbər verir.
Qərarla bağlı digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, bu ilin oktyabrın –da ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli istefaya gedib.
ABŞ prezidenti Donald Tramp onun istefasını qəbul edib.