Eyfel qülləsinə giriş bağlanır

Fransada bu həftə sonu da etirazlar dalğalanacaq
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Fransanın paytaxtı Parisdə hökumət əleyhinə baş tutan üsyanlar bu həftə də səngiməyəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu həftə sonu da etirazların olacağı planlaşdırılıb. Baş verəcək üsyanla əlaqədar olaraq Fransanın baş naziri Eduard Filipp bildirib ki, müdafiə məqsədi ilə hökumət tərəfindən 89 min xidmətçinin təlimatlandırıldığını bildirib.

Qeyd edək ki, benzinin qiymətinə etiraz edən "sarı jiletlilər"in üsyanı ilə əlaqədar olaraq həftə sonu şəhərin bir sıra mərkəzi yerləri qapalı olacaq. Bu mərkəzi yerlər arasında Parisin ən məşhur muzeyləri, həmçinin Eyfel qülləsi də var.