BAKI, 6 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saat 7 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində faciə baş verib. "Bağırov" körpüsünün yaxınlığında ərazidə təmizlik işləri aparan süpürgəçi qadın Muradova Almaxanım Pirağa qızı avtomobillə vurulub.
Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan son məlumata görə, qadının sağ qalması üçün bütün tədbirlər görülsə də, onu xilas etmək mümkün olmayıb.
Nazirlikdən verilən məlumata görə, xəstəxanaya gətirlərkən qadının vəziyyəti çox ağır olub və o çoxlu qan itirib.
Qeyd edək ki, dünyasını dəyişən qadın 1965-ci il təvəllüdlü idi.