HADİSƏ

Təbii fəlakət 4 can aldı

Bəzi hotellərdə köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhülkəsiz yerlərə aparılıb
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Şimali Kiprdə iki gündür ki, davam edən fırtına və şiddətli yağışlar 4 nəfərin ölümünə səbəb olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iki gündən artıqdır ki, yağan şiddətli yağışlar nəticəsində evləri, hotelləri və iş yerləini su basıb. Girne və Lefkoşa arasında olan yolda suyu yığıldığı üçün avtomobillərin hərəkəti dayandırılıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırııb, məktəblərdə tətil elan edilib.

Girnedə yağışlardan sonra ciddi fəsadlar yaranıb. Bir çox ev yarasız vəziyyətə düşüb, avtomobilləri sel aparıb.

Bəzi hotellərdə köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhülkəsiz yerlərə aparılıb.

Şimali Kipr Təbii Fəlakətlər və Böhran Vəziyyətlərini İdarəetmə Komitəsi xalqı diqqətli olmağa çağırıb.

Sel-su basqınları olduğu zaman evlərdə elektrikli cihazlardan istifadə edilməməsi, əhalinin məcbur olmadıqları zaman evdən çıxmamaları, avtomobillə yollara çıxmamaq və s. məsləhət görülüb.