BAKI, 6 dekabr — Sputnik. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Sankt - Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqın sammiti zamanı mübahisə edib. Sputnik Azərbaycan xəbər verir ki, liderlər qaz qiymətləri barədə danışarkən fikir ayrılığı yaşanıb.
Lukaşenko görüş iştirakçılarının diqqətinə çatdırıb ki, Belarus qaz istehlakçıları üçün 1000 kub metr mavi qaz 130 dollara başa gəlir, Rusiya istehlakçıları üçün isə bu rəqəm 70 dollara bərabərdir.
Buna cavab olaraq Putin qeyd edib ki, əgər Belarus üçün qaza görə bazar qiymətləri tətbiq olunsa, onda onun dəyəri 1000 kub metr üçün 130 dollar yox, 200 dollar olar.
Rusiya lideri qazın qiyməti haqqında fikir mübadiləsini daha sonra qapalı qapılar arxasında davam etdirməyi təklif edib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqın sammitinin açılış mərasimi canlı olaraq yayımlanıb.