HADİSƏ

İki yanğın xəbəri gəldi

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 1 m² sahədə mebel və məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Yevlax şəhərinin Gülövşə kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1,6 ton ot bağlamasının 0,8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.