Qonşu ölkədə siqaretlə bağlı inanılmaz qadağa gəldi

Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiqləyib
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiqləyib.

Uşaqlara siqaret satanlar cərimələndi

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, qanuna əsasən Türkiyədə tütün məmulatlarının reklamı tamamilə qadağan edilib. Eyni zamanda, tütün məmulatlarının film, videoklip və sosial şəbəkələrdə nümayişi qağadan olunub.

Bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçının hər hansı loqosu və yazısı olmayacaq.

Xatırladaq ki, Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub.