BAKI, 5 dekabr — Sputnik. Rusiyada azərbaycanlı iş adamı sevgilisini döyüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə ötən ilin fevral ayında baş verib.
Ziyafət Kərimov restoranında çalışan və eyni zamanda 15 ildir ki, sevgi münasibəti yaşadığı Mariya Syaçina adlı qadını qısqanclıq zəminində döyüb. Hadisə müşahidə kameralarına düşüb. Videodan görünür ki, kişi qadını təpiklə döyür, ətrafda olan heç kim ona müdaxilə etmir.
Qeyd edək ki, Mariya Syaçina və Ziyafət Kərimovun 5 yaşlı qızı var.
Qadın Kərimov tərəfindən döyüldükdən sonra ondan ayrılıb. Hazırda qadın həyatının təhlükədə olduğunu iddia edir. Amma o, hadisə ilə bağlı polisə müraciət etməyib.
Ziyafət Kərimov isə qadını xəyanətdə ittiham edib. O, müsahibəsi zamanı bildirib ki, Mariya onunla birlikdə olduğu halda başqa biri ilə də münasibətdə olub.