İranda 18 deputat istefa verdi

İsfahan vilayəti İran Parlamentində 18 deputatla təmsil olunur
Sputnik

BAKI, 5 dekabr — Sputnik. İran Parlamentinin İsfahan vilayətindən olan deputatları kütləvi şəkildə istefa veriblər. Onların istefa məktubu bu gün Parlamentin Rəyasət Heyətinə təqdim olunub.

İran “Lamborghini”ni oğurladı, yaratdı və ... – FOTO

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, deputat Əkbər Türki bildirib ki, parlamentarilər İsfahan vilayətinin su təchizatı ilə bağlı layihələrin gələn ilin büdcəsindən çıxarılmasına etiraz olaraq bu addımı atıblar:

"Deputatlar istefanın qanuni mərhələlərinin keçməsini gözləyirlər".

Qeyd edək ki, İsfahan vilayəti İran Parlamentində 18 deputatla təmsil olunur.