İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib

Azərbaycana yeni təyin edilmiş bir neçə səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib
Sputnik

BAKI, 5 dekabr - Sputnik. Bu gün Azərbaycana yeni təyin edilmiş bir neçə səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev əvvəlcə Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlin etimadnaməsini qəbul edib. 

 

İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib

Dövlət başçımız daha sonra Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.

 

 

İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib

Prezidenti İlham Əliyev, həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.