Prezident Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib
Sputnik

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub. 

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Dövlətimizin başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.