SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gözlənilən görüş bu gün baş tutacaq

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin müzakirə olunacağı qeyd olunur
Sputnik

BAKI, 5 dekabr - Sputnik. Xəbər veridiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən ATƏT XİNŞ iclasında iştirak etmək üçün İtaliyaya yola düşüb. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Milanda Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşəcək.

E.Məmmədyarov və Z.Mnatsakanyan arasında baş tutacaq görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak edəcəyi bildirilir.

Rəsmilərin görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin müzakirə olunacağı qeyd olunur.

Qeyd edəək ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü Milanda açılacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası çərçivəsində  keçirilir.