BMT-nin Təhlükəsizlik Şurasında İran müzakirə olunub - Ballistik raketə görə

İran isə raketlərdə nüvə başlığından istifadə iddialarını təkzib edib
Sputnik

BAKI, 5 dekabr — Sputnik. BMT-nin Təhlükəsizlik Şurası ballistik raket sınağı keçirməkdə ittiham edilən İranı müzakirə edib. Sputnik Azərbaycan"Haber7"ə istinadla xəbər verir ki, Böyük Britaniya və Fransanın tələbi ilə toplaşan Təhlükəsizlik Şurasının iclası qapalı keçirilib.

Bir müsəlman dövlətindən digərinə ballistik raket zərbəsi

ABŞ raket sınaqlarına görə İranın qınanması çağırışını edib. İran isə raketlərdə nüvə başlığından istifadə iddialarını təkzib edib. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranın son ballistik raket sınağının təhlükəli və narahatlıq verici olduğunu bildirib. O, Tehranın bu hərəkətinin pislənilməsi çağırışını edib. 

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pierce isə İranın raket sınağının Şuranın qərarına zidd olduğunu deyib: "Şuranın qərarı İrana nüvə silahı başlıqları daşıma gücünə malik ballistik raketlərlə bağlı fəaliyyət göstərməməsi çağırışı edir".

İran isə bunu təkzib edərək Şuranın qərarlarını pozmadığını açıqlayıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib ki, "Bu raket İranın Avropanın bir hissəsini və Orta Şərqdə hər hansı bir yeri vurma gücünə sahibdir. Bu raket sınağı BMT TŞ-nin qətnaməsini pozur. Nüvə silahı daşıma gücünə malik ballistik raketlərlə bağlı İranı dərhal buna son qoymağa çağırırıq".