BAKI, 5 dekabr — Sputnik. Türkiyənin Konya şəhərində özünü 42–ci mərtəbədən atan azərbaycanlı gənc 37 gündən sonra dünyasını dəyişib. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, hadisə oktyabrın 27–də Konyanın Selcuklu rayonunda, Fəridpaşa məhəlləsi Qala küçəsində yerləşən 42 mərtəbəli iş mərkəzində baş verib.
Belə ki, restoranın terasına çıxan 23 yaşlı azərbaycanlı gənc Tehran Alimoğlu oradan özünü aşağı atıb. Gənc oğlan iş mərkəzinə bitişik olan ticarət mərkəzinin yemək sahəsinin damına düşüb. Konya Məram Xəstəxanasına çatdırılan T.Alimoğlu orada 37 gün müalicə alsa da, dünən axşam saatlarında dünyasını dəyişib.
Alimoğlunun meyiti yaxınlarına təhvil verilib. Hadisənin təfərrüatı məlum deyil.