CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynada azərbaycanlı erməninin evini yandırdı

Azərbaycanlı bu addımı milli zəmində təhqirə etiraz olaraq atıb
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rzayev Kənan Əfqan oğlu yaşadığı Qoloseevskiy rayonunda erməni mənşəli qonşusunun təhqirlərinə dözməyib, hücum edərək onun evini yandırıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, rayon polisi tərəfindən artıq saxlanılan K. Rzayevin hadisənin törətməsinin səbəb kimi qonşusu ilə aralarında yaranan mübahisədə onun qarşı tərəfdən milli zəmində təhqirlərə məruz qalması olduğu bildirilir.

Təhqirlərə dözməyən azərbaycanlı erməniyə hücum edərək iki otaqlı evinə od vurub, hadisə nəticəsində ev tamamilə yanıb. Hadisə nəticəsində insan tələfatı olmayıb.