QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı mühüm addımı razılaşdıracaq

Rusiya XİN: Münaqişənin nizamlanmasına dair bəyanatın razılaşdırılması planlaşdırılır"
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ üzrə birgə bəyanat verməyi planlaşdırırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Gözlənilən görüş bu gün baş tutacaq

"Milanda ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasının iclası ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü planlaşdırılıb" - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, görüş barədə anons bir neçə gün əvvəl verilmişdi. Zaxarova əlavə edib ki, münaqişənin nizamlanmasına dair bəyanatın razılaşdırılması planlaşdırılır: "Hesab edirəm ki, görüşün nəticələrinə dair sizləri (jurnalistləri) kifayət qədər məlumatlandıracaqlar".

Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifələrini icra edən Zöhrab Mnatsakanyanla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bir araya gələcək.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.