HADİSƏ

Azərbaycanda 18 yaşlı qız xəstəxanada ölüb

Ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycanda 18 yaşlı qız xəstəxanada ölüb

Yevlax şəhər sakini olan gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Xəstəxanadan verilən məlumata görə, ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.