İQTİSADİYYAT

OPEC+ tarixi qərar verməyə hazırlaşır, neftin qiyməti kəskin artacaq

Qərar 6-7 dekabr tarixlərində OPEC + nazirlərinin görüşündə qəbul oluna bilər
Sputnik

BAKI, 5 dekabr — Sputnik. OPEC+ ölkələri gündəlik neft hasilatının 1,3 milyon barel azaldılması haqqında saziş üzərində işləyir. Bu barədə Sputnik Azərbaycan xəbər verir ki, bunu "Reuters" danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən xəbər verir.

"Danışıqlar heç bir tərəf istisna olmamaq şərti ilə oktyabr ayında olan hasilatdan 3 -3,5% aşağı səviyyədə neft hasilatını saxlamaq istiqamətində aparılır", - deyə agentlikdən bildirilib.

2019-cu il üçün neft hasilatına dair yürüdüləcək siyasət barədə qərar 6-7 dekabr tarixlərində OPEC + nazirlərinin görüşündə qəbul oluna bilər.