Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara nümunəvi attestat veriləcək

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəvi attestat veriləcək
Sputnik

BAKI, 4 dekabr - Sputnik. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəvi attestat veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 17-ci maddəsində (Ümumi təhsil haqqında dövlət sənədi) deyilir ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

Müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir.