BAKI, 4 dekabr - Sputnik. Bakı şəhərinin iki rayonunda yanğın hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, yanğınlar Binəqədi və Nizami rayonlarında baş verib.
Belə ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 185 m² olan fotostudiyada 7 m² döşəmə sahə yanıb. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.
Nizami rayonunda isə birmərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) zirzəmisində 12 m² sahədə karton taralar yanıb. Zirzəminin qalan hissəsi və anbar yanğından mühafizə olunub.
Hər iki ərazidəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.