İsrail ordusu Livan istiqamətində əməliyyata başlayıb

"Şimal qalxanı" əməliyyatının hədəfi "Hizbullah"dır
Sputnik

BAKI, 4 dekabr — Sputnik. İsrail hərbçiləri ölkənin şimalında, Livanla sərhəddə "Şimal qalxanı" əməliyyatına başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat İsrail ordusunun rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Məlumata əsasən, əməliyyatın keçirilməsində məqsəd "Hizbullah" hərəkatının yaraqlılarının ölkə ərazisinə daxil olma yollarının qarşısını almaqdır. Qeyd olunur ki, hərbçilər "Hizbullah" hərəkatı tərəfindən qazılan tunelləri məhv edəcəklər.

Ordunun mətbuat katibi Ronen Manelis də öz hesabında xüsusi texnikanın yeri qazmasını əks etdirən kadrları yayımlayıb. Əməliyyatın miqyası, həmçinin davam etmə müddəti barədə məlumat verilmir.