Ermənistanda yoxa çıxan təyyarə yarğanda tapılıb

Qırıcının hər iki pilotu - polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olub
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Ermənistanda radarlardan itən "Su-25" tipli qırıcı təyyarə tapılıb. Bu barədə Sputnik Ermənistan "Shamshyan.com" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, təyyarə Ermənistanın şimal-qərbində, Şirak vilayətinin Bardzraşen kəndinin yaxınlığında, yarğanda tapılıb. Qırıcının hər iki pilotu - polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olub. Hadisənin əlavə təfərrüatı acıqlanmır.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" hücum təyyarəsi radarlardan itib. Gümrüdəki hava limanından yerli vaxtla 10:06-da havaya qalxan təyyarə saat 10:20-də radarlardan itib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib ki, təyyarənin ekipajı iki nəfərdən ibarət olub. Faktla bağlı araşdırmalar davam edir.