BAKI, 4 dekabr — Sputnik. İsveçrəli alimlər bir həftə ərzində İQ-nü artırmağın yollarını açıqlayıblar.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, isveçrəli alimlərin bir həftəlik proqramına riayət edərək İQ-ni (intellekt əmsalı) artırmaq mümkün olacaq. Bu proqrama əsasən isveçrəli alimlər günlərə görə ediləcək tapşırıqları sadalayıblar.
Bazar ertəsi:
Axşam yağlı balıq yeyin
İşə gəzərək, yaxud da velosipedlə gedin
Ənənəvi nəqliyyat vasitəsindən imtina edərək daha fərqli bir nəqliyyatdan istifadə etməyə çalışın
Çərşənbə axşamı:
Yeni sözlər öyrənin və çalışın ki, gündəlik nitqinizdə də onlardan istifadə edəsiniz
Çərşənbə günü:
Yoqa və meditasya ilə məşğul olun
Əvvəllər tanımadığınız bir şəxslə ünsiyyət qurun
Cümə axşamı:
İşə daha əvvəl getmədiyiniz bir yolla gedin
İnformativ proqramları izləyin
Cümə günü:
Alkoqollu içkilər və kofeindən uzaq olmağa çalışın
Alış-verişə çıxarkən alacağınız məhsulların siyahısını əzbərləməyə çalışın
Şənbə günü:
Dişinizi bu dəfə də digər əlinizlə fırçalayın
Gözünüzü bağlayaraq duş qəbul edin
Bazar günü:
Səhər saatlarında krossvord edin
Gəzintiyə çıxın
Qeyd edək ki, bu proqrama qatılan 100 nəfərin əldə etdiyi nəticələr ürəkaçan olub. Alimlər proqramdan öncə və sonrakı test nəticələrini müqayisə edərək bu şəxslərin İQ-sində 40 faizədək artımın olduğunu açıqlayıblar.