CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qız Türkiyədə küçə musiqiçiliyi edərək pul qazanır

Səidə Kılıç görmə əngəlli olsa da, bunu qəbul etmək istəmir
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Azərbaycanlı görmə əngəlli Səidə Kılıç İstanbul İstiklal küçəsində musiqiçiliklə məşğul olaraq ailəsinə dəstək olur. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Dünya Əlillər Günündə İstiklal küçəsində musiqiçilik edən qadın vətəndaşların marağına səbəb olub. Rusiyada musiqi təhsili alan Səidə Türkiyə vətəndaşı Erkan Kılıçla sosial şəbəkədə tanış olub və ailə həyatı quraraq Türkiyəyə köçərək burada küçə musiqiçiliyi ilə məşğul olmağa başlayıb.

Səidə Kılıç görmə əngəlli olsa da, bunu qəbul etmək istəmir.

"Mən özümü əngəlli olaraq görmürəm. Günlərin də mənim üçün çox önəmi yoxdur. Əlillər gününün olması mənə axmaq bir fikir kimi gəlir. Özümü sağlam olanlardan fərqli görmürəm. Konservatoriyanı bitirmişəm. Sağlam insanların etdiklərini mən də edə bilirəm. Bunları edə bildiyim halda özümü niyə əngəlli görüm ki? Ürəyin, beynin qüsurlu olmasın" - deyə Səidə bildirib.

Səidə ilə Erkan tanış olduqdan sonra Erkan Azərbaycana gələrək Səidəni "qaçırıb": "Hava limanında polislər məndən soruşdu ki, "ona inanırsanmı, qorxmursanmı". Mən də qorxmadığımı və sevərək getdiyimi dedim. Və məni buraxdılar".

Haızrda Səidə və Erkanın 2,5 yaşında bir qızları var.