İQTİSADİYYAT

Azərbaycanda xarici ölkənin ticarət evi açılacaq

Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılıb
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətovla Türkmənistanın Azərbaycandakı səfirliyinin I katibi-konsul Batur Rejepov arasında görüş keçirilib. Sputnik Azərbaycan bu barədə ASK-ya istinadən xəbər verir.

Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə təkbətək görüş keçirib

Son zamanlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan B.Rejepov, noyabrın 21-22-də Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanmış 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyətindən bəhs edib.

Görüşdə Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılıb. Diplomat bildirib ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub.

B.Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı ASK-dan onlara dəstək verilməsini xahiş edib.

F.Hümbətov ticarət evinin açılması ilə bağlı ASK-nın müvafiq dəstəyin göstərəcəyinə söz verib.