Qollarına zəncir vurub zorla əsgərə aparırlar

Rejim ordusu əsgər ehtiyacını ödəmək üçün gəncləri zorla hərbi xidmətə aparır
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Suriyanın paytaxtı Dəməşqin Al Mazzeh bölgəsində rejim ordusunun yeniyetmələri belə, zorla əsgər apardığı məlum olub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, rejim ordusu əsgər ehtiyacını ödəmək üçün gəncləri zorla hərbi xidmətə aparır.

Qollarına zəncir vurub zorla əsgərə aparırlar

2011-ci ildə vətəndaş müharibəsinin başladığı Suriyada insan haqları hər addımda pozulur. Dəməşqin Al Mazzeh bölgəsində çəkilən görüntü qəddarlığı bir daha nümayiş etdirir. Ordu qüvvələrinin əsgər ehtiyacını ödəmək üçün yeniyetmələrə zorla silah verilir.

İki gün əvvəl Dəməşqdə çəkildiyi bildirilən görüntüdə, gənclərin zəncirlə bir-birinə bağlanaraq, rejim əsgərinin nəzarəti altında və sıra halında nəqliyyat vasitəsinə zorla mindirildikləri görünür.

Bu qeyri-insani görüntülər bölgədəki çalışan jurnalistlər tərəfindən sosial şəbəkədə paylaşılıb və suriyalı insan haqları müdafiəçiləri tərəfindən pislənilib.