Ermənistan ordusunun hərbçisi həlak olub

1987-ci il təvəllüdlü əsgərin güllə yarasından öldüyü bildirilir
Sputnik

BAKI, 2 dekabr - Sputnik. Ermənistan ordusunda müqavilə əsasında qulluq edən hərbçi Qor Aqvanoviç Sarkisyanın meyidi hərbi hissələrin birində döyüş mövqeyində aşkar edilib. Sputnik Ermənistan bu barədə ölkənin Müdafiə nazirliyinə istinadən məlumat verir.

1987-ci il təvəllüdlü əsgərin güllə yarasından öldüyü bildirilir. Hadisəni araşdırdmaq üçün təhqiqat başladılıb.