BAKI, 1 dekabr — Sputnik. Türkiyənin Osmaniyə vilayətində yaşayan suriyalı ailə övladlarını cəzalandırmaq üçün onların əllərini dəmirə bağlayaraq köməksiz vəziyyətdə saxlayıblar. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, azyaşlılara qarşı zorakılığı görən ətrafdakı sakinlər dərhal bununla bağlı polisə şikayət ediblər. Hadisə yerinə gələn polis 3 yaşlı Əhməd ilə 5 yaşlı Reqadın əllərini açıb.
Baş verən hadisə ilə əlaqədar olaraq valideynlər saxlanılıb, onların ifadələri alınıb. Valideynlərin sözlərinə görə, övladları onların sözünü dinləmədiyi üçün bu üsula əl atdıqlarını deyiblər. Təxminən 1 saatadək əlləri dəmirə bağlı saxlanılan azyaşlılar daha sonra xəstəxanaya aparılıb.