CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən təhlükəli viruslarından birinin dərmanı yaradıldı

Bu, malyariyanın müalicəsində istifadə edilən amodiaxin preparatının dəyişdirilmiş formasıdır
Sputnik

BAKI, 1 dekabr — Sputnik. Ebola qızdırması malyariya preparatları ilə müalicə ediləcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, beynəlxalq alimlər qrupu virusa yoluxmuş insanlara kömək etmək qabiliyyətinə malik olan dərman yaradıb. Bu, malyariyanın müalicəsində istifadə edilən amodiaxin preparatının dəyişdirilmiş formasıdır.

Ebola 7 milyard dollar zərər verdi

Qeyd edək ki, Ebola virusu 1976-cı ildə meydana çıxıb. Həmin vaxtdan Afrika ölkələrində virus bir neçə dəfə tüğyan edib. Ən böyük oyanma 2014-2015-ci illərdə qeydə alınıb və bu zaman 11 min insan dünyasını dəyişib.

Bir müddət əvvəl virusoloqlar malyariyadan əziyyət çəkərək amodiaxin qəbul edənlərdə ölüm riskinin 31 faiz azaldığını müəyyənləşdiriblər. Bu, xüsusi araşdırmaya səbəb olub. Boston Universitetinin Tibb Məktəbinin professoru Robert Devi həmkarları ilə Ebolanı orijinal amodiaxindən 10 dəfə daha çox əngəlləyən və daha az zəhərli olan mükəmməlləşdirilmiş preparat yaradıb.

Araşdırma zamanı QİÇS və digər viruslara qarşı dərman preparatı yaratmağa çalışan yapon alimlərinin təcrübəsindən istifadə edilib.

Xatırladaq ki, hazırda Ebola qızdırması Demokratik Konqo Respublikasında yayılır. Artıq ölənlərin sayı 200-ü keçib.