HADİSƏ

Fransada vəziyyət getdikcə gərginləşir - VİDEO

Fransada benzinin bahalaşmasına etiraz edən və prezident Emmanuel Makronun istefasını tələb edən "sarı jiletlər" ilə polis arasında toqquşma yaşanır
Sputnik

BAKI, 1 dekabr — Sputnik. Fransada benzinin bahalaşmasına etiraz edən və prezident Emmanuel Makronun istefasını tələb edən "sarı jiletlər" ilə polis arasında toqquşma yaşanır.

Sputnik Azərbaycan "haber7"ə istinadla xəbər verir ki, Parisdə polis etirazçılara bibər qazı ilə müdaxilə edib.

Daxili işlər Nazirliyi "Republique" meydanında etiraz mitinqinə icazə verib. Aksiyalara "Sarı jiletlər" ilə lisey və universitet tələbələri də dəstək verirlər.

Ölkədə "Sarı jiletlər" adı altında təşkilatlanan nümayişçilər son bir ildə yanacağın qiymətlərinin 20 faizdən çox artmasına 10 gündür ki, etiraz edirlər.

Ölkə daxilindəki etirazlarda çıxan hadisələrdə 2 nəfər həyatını itirmiş, 141-i təhlükəsizlik işçisi olmaqla 780 nəfər yaralanmış, 794 nəfər həbs olunmuş və 9 nəfər həbs cəzasına məhkum edilmişdi.