HADİSƏ

Alyaskada güclü zəlzələ oldu, sunami xəbərdarlığı edildi

Zəlzələnin ardından bölgədə sunami xəbərdarlığı edilib
Sputnik

BAKI, 1 dekabr — Sputnik. ABŞ-ın Alyaska ştatında 7 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, zəlzələ nəticəsində yollar dağılıb, nəqliyyatın hərəkəti iflic olub.

Çoxlu sayda bina zədələnib, tələfat ilə bağlı hələ ki, məlumat yoxdur.

Zəlzələnin episentri Ankoric şəhərindən 12 km şimalda, ocağı isə 41 km dərinlikdə yerləşib.

Zəlzələnin ardından bölgədə sunami xəbərdarlığı edilib.