BAKI, 30 noyabr — Sputnik. İndoneziyada 100 nəfərdən çox məhbus həbsxanadan qaçıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İndoneziyanın Sumatra adasının Açex əyalətində 113 məhbus həbsxanadan qaçıb.
Məlumata görə, hadisə cümə axşamı baş verib. Məhbuslar pəncərələrdəki dəmir barmaqlıqları qırmağa nail olub. Hüquq mühafizə orqanlarının son məlumatına görə, artıq 4 nəfər yaxalanıb.
Yerli KİV-in məlumatına görə, məhbusların qaçışı həbsxanada toqquşmalardan sonra baş verib.