BAKI, 30 noyabr — Sputnik. "Yandex" şirkətinə məxsus "Alisa" səsli mobil köməkçi tətbiqində "azərbaycanlılar kimlərdir?" sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyin Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdıraraq, müvafiq ölçü götürülməsi üçün "Yandex" şirkətinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb.
Məktubda ölkəmiz və xalqımızla bağlı ətraflı məlumatlar da təqdim edilib.
Qeyd olunan faktla bağlı "Yandex" şirkətinin rəhbərliyi nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb.