Türkiyə ABŞ səfirliyinin yerləşdiyi küçənin adını dəyişdi

Qərar Ankara bələdiyyəsinin toplantısında verilib
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Ankara Bələdiyyəsi ABŞ səfirliyinin yeni binasının yerləşdiyi küçənin adını dəyişib. Sputnik Azərbaycanxəbər verir ki, küçəyə afroamerikalı islam ruhani lideri və insan hüquqları mübarizi Malkolm İksın adı verilib.

Məlumata görə, Çankaya rayonunda yerləşən küçənin keçmiş adının yer aldığı lövhədə İksın soyadı qeyd edilib. Qərar Ankara bələdiyyəsinin toplantısında verilib.

Fevral ayında Ankara Bələdiyyəsinin qərarı ilə ABŞ səfirliyinin köhnə binasının yerləşdiyi küçənin adı Türk Ordusunun Afrində keçirdiyi əməliyyatın adına uyğun olaraq "Zeytun budağı" adlandırılmışdı.