HADİSƏ

Şəkidə ərəblər ağır qəzaya uğradı, xeyli yaralanan var

İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi, yol polisinin oğlu öldü – VİDEO

Yol qəzasına düşən şəxslərin ərəb turistləri olduğu bildirilir.

Şəki-Kiş avtomobil yolunda baş verən qəza zamanı xəsarət alan 7 nəfərdən 3-ü 99-KM-395 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobilində olan Bəhreyn vətəndaşları -  Nohuma Teyfulla, Abdulla Sales və Nəsiri Abdulladır.

Xəsarət alanlardan 4-ü "Mercedes" markalı avtomobildə olan Şəki rayon sakinləri - Pərvanə Fikrət qızı Məmmədəminova, Şəbnəm Məmməd qızı Məmmədova, Tariyel Məzahir oğlu Səmədli və İsrafil Fikrət oğlu Rzayevdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan Bəhreyn vətəndaşlarının vəziyyəti normal, digərlərinin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.