BAKI, 30 noyabr — Sputnik. Ukrayna rusiyalı kişilərin ölkəyə gəlməsinə qadağa qoyur. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Pyotr Poroşenko öz Twitter səhifəsində yazıb.
O, qeyd edib ki, 16-60 yaşlı Rusiya vətəndaşı olan kişilərin Ukraynaya girişi qadağan edilir. Poroşenko atılan addımı Kiyevin "Moskvanın Ukraynada xüsusi ordu yaratmasına" mane olmaq üçün atıldığını edib.